İqtisadiyyat

Almaniya iqtisadiyyatı çökür? – Təhlükəli proqnoz

Almaniya iqtisadiyyatı çoxillik “zəif artım” mərhələsi ilə üz-üzədir.

Jamaz.info bu barədə Das Erste Almaniya İqtisadi Araşdırmalar İnstitutu, Dünya İqtisadiyyatı İnstitutu, Leybnits İqtisadi Tədqiqatlar İnstitutu və Münhen İqtisadiyyat İnstitutunun məlumatlarına istinadən xəbər verir.

Qeyd olunur ki, ortamüddətli perspektivdə ölkə iqtisadiyyatının artımı ildə bir faizdən də az olacaq ki, bu da son 30 ildəkindən xeyli aşağı tempdir.

İqtisadçı Marsel Fratçer belə aşağı artım templərinin səbəbi kimi işçilərin sayının azalması və işçi çatışmazlığı, eləcə də bir sıra yanlış iqtisadi hesablamaları göstərib. Onun sözlərinə görə, iqtisadi artım perspektivləri ilə bağlı vəziyyətin Ukrayna münaqişəsi və ya koronavirus pandemiyası ilə heç bir əlaqəsi yoxdur.

Ekspert “uğursuz enerji keçidi”ni əsas uğursuzluqlardan biri adlandırıb, buna görə də Berlin hələ də bahalı karbohidrogenlərin idxalından çox asılıdır. İqtisadçı Almaniya hökumətinin həddindən artıq bürokratikləşməsi və qeyri-kafi investisiya fəaliyyətinin də ciddi mənfi rol oynadığını qeyd edib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button