Dünya

“Nə qırıcıları verir, nə də pulumuzu qaytarır” – Ərdoğandan ABŞ-a ittiham

Rəsmi Ankara Amerika qırıcılarının alınması üçün Vaşiqntona lazım olan qədər vəsait ödəyib, amma Ağ Ev nə təyyarələri verir, nə də pulumuzu geri qaytarır.

Jamaz.info xəbər verir ki, bunu Türrkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclər təşkilatlarının nümayəndələri ilə görüşdə söyləyib.

Ərdoğan sözügedən məsələylə bağlı “ABŞ sözünün üstündə durmadı” deyib.

“Bizi heç nə təklif etmədən S-400 alacağımıza görə hədələyənlər var idi. F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparırıq, lakin bizə rədd cavabı verilir.

Bizə F-35 təyyarələri vəd etdilər, lakin onlar sözlərinin üstündə durmadılar. Baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişik. Təyyarə də yoxdur, pul da qaytarılmayıb. Biz hər zaman sözümüzün üstündə dururuq və bunu tərəfdaşlarımızdan da gözləyirik”, – deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətinə baxılması ilə bağlı sualı da cavablandırıb. Onun fikrincə, Qərb Türkiyəni, onun prinsiplərini və ənənələrini heç tanımır.

“İndiki Türkiyə 20, 30 və ya 40 il əvvəl şərtlərin diktə edildiyi Türkiyə deyil. İsveç öz ərazisində gizlənən 120 terrorçunu bizə təhvil verəcək. Biz bu öhdəliklərin yerinə yetirilməsini gözləyirik”, – deyə prezident vurğulayıb.

O qeyd edib ki, Finlandiya ilə “vəziyyət fərqlidir”. Ərdoğan bildirib ki, Ankara bu Skandinaviya ölkəsini Şimali Atlantika Alyansına qəbul etməyə hazırdır, lakin Helsinki İsveçin səhvlərini təkrarlamamalıdır.”Finlandiya ilə bağlı qərarı elan edəndə İsveç şokda olacaq”, – Ərdoğan deyib.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin Rusiya ilə münasibətləri “qarşılıqlı hörmət üzərində qurulub”.
“Mənim cənab Putinlə münasibətim dürüstlüyə əsaslanır. Biz Tatarıstandan Dağıstana qədər müraciətlərimizə cavab alırıq”.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button