Sosial

Xaricdə təhsil alan tələblər niyə ölkəyə qayıtmır? – Açıqlama

“Təhsil almaq üçün xaricə göndərilən gənclərin xeyli hissəsi geri qayıtmır. Qalıb orada yaşayır və karyera qurur. Bunun əsas səbəblərindən biri, həmin ölkələrdə gənclərə təhsillərini başa vurduqdan sonra böyük iş imkanlarının yaradılmasıdır”.
Jamaz.info xəbər verir ki, bunu Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, xaricdə təhsil alan gənclər üçün həmin ölkələrin əmək bazarında təkliflər çoxdur. Azərbaycanın isə əmək bazarı kiçikdir:
“Danılmaz həqiqətdir ki, gənclər təhsil üçün getdikləri ölkələrdə daha yüksək əmək haqqı qarşılığında qalırlar. Orada onlara təklif olunan yüksək əməkhaqqını qoyub kim gəlib burad az maaşa işləyər? Ölkənin əmək bazarında bu kadrlara ehtiyac olsa da, onların maddi tələbatları qarşılanmır. Əgər biz xaricdə təhsil almış gəncə dünya əmək bazarındakı imkanları yaratmırıqsa, ona getdiyi ölkədə qalıb işləməsinə də qadağa qoya bilmərik”.(Bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button