Siyasət

Mirzoyanın müavini Bayramovla görüşdən danışdı – Rusiyadan gileyləndi

“Mayın 19-da Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar nizamlanma məsələlərinin bütün spektri üzrə aparılacaq”.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın pulunu ödədiyi halda Rusiyadan silah ala bilməməsi ilə bağlı bəyanatını təsdiqləyib.

“Silah həqiqətən Ermənistana çatmayıb. İşlər davam edir. Biz bu işi davam etdirməyə çalışırıq. Ödənişlər edilib, silahlar gəlməyib”, – nazir müavini qeyd edib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button