Ölkə içi

Naxçıvanda deputatların maaşı artırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.

Jamaz.info xəbər verir ki, bu məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla, deputatların maaşı 950 manat müəyyən edilib.

Qeyd edək ki, indiyədək Naxçıvanda deputatların maaşı 750 manat olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button