Siyasət

Mirzoyan hindistanlı həmkarı ilə Laçın yolunu müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Yeni Dehlidə baş tutub. Görüş zamanı regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.

Mirzoyan həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələr barədə məlumat təqdim edib. Həmçinin Laçın yolundakı vəziyyətə də toxunulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button