Dünya

BMT İranda şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yaydı

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda qız şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bəyanatda şəffaf araşdırmalar aparmağa və bu hücumların səbəbkarlarının cəzalandırılmasına çağırılıb.

“İranın hakimiyyət orqanları bu işin araşdırılmasına başladıqlarını deyiblər. Ancaq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı israr edir ki, bu təhqiqat şəffaf olmalı və onun nəticələri ictimaiyyətə açıqlanmalıdır”, – deyə bəyanatda qeyd edilib.

Bununla yanaşı Almaniyanın xarici işlər naziri Annalena Berbok da bu hücumları şokedici adlandırıb. O vurğulayıb ki, iranlı qızların Tehran və Ərdəbildə qorxmadan məktəbə getmək haqları pozulub.

Həmçinin Beynəlxalq Əfv Təşkilatı da bəyanat yayaraq Tehran rejiminin şagirdlərin zəhərlənməsi ilə bağlı məsələdə məsuliyyətsizlik etdiyini və qadınlara, qızlara qarşı zorakılıqlara laqeyd yanaşdığını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button