Ölkə içi

Türkiyədəki xilasedicilərimizin son qrupu Vətənə qayıtdı

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 224 nəfərlik qrupu Vətənə qayıdıb.

Jamaz.info xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib ki, bu, Vətənə qayıdan Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur: “Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti yollanmışdı. Artıq bu gün sonuncu qrup da Azərbaycana geri qayıdıb. Onlardan 5 nəfəri xanım həkimlərimizdir. Həmçinin yardım məqsədi ilə göndərilən mobil səhra hospitallarımız da artıq Türkiyədə fəaliyyətini yekunlaşdırıb”.(report)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button