Dünya

“İrandan Rusiyaya Xəzər vasitəsilə gizli şəkildə sursat daşınıb”

“İran Ukraynaya qarşı hərbi təcavüzə verdiyi dəstək çərçivəsində reaktiv yaylım atəşi sistemləri (MLRS) üçün güllə, mərmi və sursat olan 200 nəqliyyat konteynerini gizli şəkildə Rusiyaya təhvil verib”.
Jamaz.info
 xəbər verir ki, bu barədə “Sky News” təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, müvafiq sursatın daşınması təxminən yanvarın ortalarında İran limanında həyata keçirilib. Göyərtəsində ən azı 100 milyon güllə və 300 minə yaxın müxtəlif növ mərmi olan iki gəmi Rusiya bayrağı altında Xəzər dənizinin sularına girib. Məlumata görə, Rusiya sursatların pulunu nağd şəkildə ödəyib.
Mənbə deyib ki, çox güman ki, söhbət “Musa Cəlil” və “Beqey” yük gəmilərindən gedir. Birincisi İranı yanvarın 10-da, digəri isə yanvarın 12-də tərk edib.
Qeyd edilib ki, məlumatlar “MarineTraffic” dəniz izləyicisi tərəfindən gəmilərin hərəkətini izləməklə qismən təsdiqlənib. Yanvarın 10-na olan peyk görüntülərindən də görünüb ki, səhər saat 10:00-da “Musa Cəlil” gəmisi limandan yola çıxıb, ikinci gəmi “Begey” də həmin gün akvatoriyaya daxil olub. Gəmilər Rusiya ərazisinə yanvarın 27-də daxil olub, onların Rusiyanın Həştərxan limanına gəlişi qeydə alınıb.
Mənbə öz növbəsində gəmilərin tanınması və hərəkətini təsdiqləməsə də, gəmilərin Xəzər dənizi vasitəsilə Rusiyaya doğru getdiyini bildirib:
“İran Ukraynadakı döyüş bölgəsinə iki yük gəmisi göndərib. Bu gəmidə Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün döyüş sursatı olan 200-ə yaxın yeni konteyner daşınıb”.
O, həmçinin aydınlaşdırıb ki, silah tədarükü çərçivəsində İran böyük ehtimalla Rusiyaya 100 milyona yaxın müxtəlif ölçülü – 5,56 mm, 7,62 mm, 9 mm, 12,7 mm və 14,5 mm-lik güllə, 300 min mərmi, 107 mm-lik tank əleyhinə raket və 60 mm, 81 mm və 120 mm-lik minaatan mərmiləri, həmçinin artilleriya raketi (130 mm, 122 mm və 152 mm) və zirehli mərmilər (115 mm və 125 mm) verib.(yeniavaz)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button