Ölkə içi

Ordubada polis rəisi təyin edilib

Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Polis Şöbəsinə rəis təyin edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, polis mayoru Tural Cəfərli Ordubad Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Naxçıvan MR daxili işlər naziri Süleyman Neymətov Tural Cəfərlini şöbədə şəxsi heyətə təqdim edib.

Qeyd edək ki, dünən Ordubad Rayon Polis Şöbəsinin rəisi Əli Nəbiyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button