Dünya

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Yaponiya hökuməti ABŞ və Kanadadan sonra Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.

Bu barədə Yaponiyanın Baş naziri Fumio Kisida G7 sammiti zamanı bildirib. Yaponiya XİN görüşün yekunlarına dair bəyanat yayıb.

“Yaponiyanın baş naziri Fumio Kisida bildirib ki, Tokio yeni anti-Rusiya sanksiyaları kimi aşağıdakı tədbirləri tətbiq edəcək: a) Rusiyanın fiziki şəxslərinin və təşkilatlarının aktivlərinin dondurulması, b) ixracın qadağan olunduğu təşkilatların siyahısına əlavələr edilməsi, c) Rusiya sənayesinin əsaslarını gücləndirə biləcək (dron hissələri kimi) malların Rusiyaya ixracına qadağa siyahısını genişləndirmək, ç) Rusiya maliyyə institutlarının aktivlərini dondurmaq”, – deyə XİN-in bəyanatında deyilir.(oxu.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button