Ölkə içi

“Nizami Gəncəvi-880” kitabı nəşr olundu

Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi 880” (“Низами Гянджеви 880”) adlı kitab nəşr olunmuşdur. Elmi məqalələr toplusunun tərtibatçısı və ön söz müəllifi Sankt-Peterburq dövlət universitetinin müəllimi Şahnaz Kamalovadır.
Nəşrin elmi redaktorları AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya elmlər namizədi Azizaga Necefov və M.V. Lomonosov adına MDU-nun müəllimi, tarix elmləri namizədi Daria Zhigulskayadır.
Elmi məsləhətçilər Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri, filologiya elmlər doktoru., professor Vilayat Guliyev və BDU-nun müəllimi filologiya elmlər doktoru, professor Vaqif Sultanlıdır.
Kitabda Azərbaycandan, Rusiyadan, Türkiyədən, Almaniyadan, Macarıstandan olan on doqquz alimin elmi məqalələri toplanmışdır.Kitabda Azərbaycandan Şəfəq Əlibəylinin, Vəfa Hacıyevanın, Nəsib Göyüşovun, Vilayət Quliyevin, Muxtar İmanovun,Teymur Kərimlinin, Nəzakət Məmmədlinin, Nizami Muradoğlunun, Əzizağa Nəcəfzadənin, Qənirə Paşayevanın, Şamil Sadıqovun, Vaqif Sultanlının, Xəlil Ağaverdinin, Rusiyadan Darya Jiqulskayanın, Şahnaz Kamalovanın, Boris Larionovun, Türkiyədən Ali Temizelin, Almaniyadan Orhan Arasın, Macarıstandan Benedek Perinin məqalələri yer almışdır.

Kitab UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunmuşdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button