Ölkə içi

Naxçıvan Ali Məclis sədrinin müşaviri dövlət qulluqçusu olacaq

İnzibati vəzifələrin 1-ci təsnifatı genişləndirilib.

Jamaz.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsi inzibati vəzifələrin 1-ci təsnifatına daxil edilir.

Eyni zamanda layihəyə əsasən, Baş nazirin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin sədrlərinin müşavirləri və köməkçiləri vəzifələri də inzibati vəzifələrin 1-ci təsnifatına daxil ediləcək.

Qanuna təklif edilən digər dəyişikliklə Prezident Administrasiyası rəhbərinin köməkçisi inzibati vəzifələrin 2-ci təsnifatına daxil edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müşaviri, köməkçisi, Milli Məclis sədrinin müavininin və Baş nazirin müavininin köməkçiləri vəzifələri də inzibati vəzifələrin 2-ci təsnifatında yer alacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button