Ölkə içi

Azərbaycanda bəzi rüsumlar ləğv edilir

Azərbaycanda beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif olunur.

Jamaz.info-nun məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Bundan başqa, gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi vəzifəsinin ləğv olunması təklif edilir.

Hazırda rüsumlar beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda 100 ABŞ dolları, yük avtomobilləri üçün 100 ABŞ dolları, sərnişin avtobusları üçün 50 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün müvafiq olaraq 150 ABŞ dolları və 75 ABŞ dolları təşkil edir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button