Ölkə içi

“Azərbaycan Dəmir Yolları” cərimə edildi

“Azərbaycan Dəmir Yolları” QSC barəsində cərimə protokolu yazılıb.

Jamaz.info Pravda.az-a istinadən xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası mayın 31-nə təyin edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button