GündəmManşet

Vardanyan Bakını müharibə ilə təhdid etdi: “Azərbaycan Ordusuna zərbə endirməyə hazırıq”

Qarabağda məskunlaşmış Kremlin kuklası olaraq tanınan erməni milyarder Ruben Vardanyan dünən Azərbaycanı açıq şəkildə təhdid edib. JAMAZ.İNFO xəbər verir ki, o, özünün Facebook səhifəsində bu barədə geniş yazıb.

Vardanyan iddia edib ki, Qarabağdakı qanunsuz silahlı dəstələr Azərbaycan mövqelərini atəşə tutmayıb. O bildirib ki, bu daha çox İkinci Dünya Müharibəsi ərəfəsində Gleiwitz hadisəsinə bənzəyir. “Qarabağ ordusunun heç kimə hücumu ola bilməz. Bütün bu xəbərlər Azərbaycanın Qarabağa hücum etməsi üçün zəmin yaratmaq məqəsdi daşıyır”.

Vardanyan bu sözlərindən sonra Bakını açıq hədələməyə keçib və bu dəfə də bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlılarını üzünə tutub. “Məlumdur ki, 2025-ci ilin noyabrına qədər Rusiya sülhməıramlı kontingenti Qarabağda qalacaq. Onların başlıca vəzifəsi Qarabağın təhlükəsizliyini təmin etməkdir. Əgər ruslar bu missiyanı həyata keçirə bilməsələr, Qarabağ “müdafiə ordusu” cavab zərbələrin endirməyə hazırdır. Vəziyyət dəyişəcəyi təqdirdə Azərbaycana böyük itkilər verdirəcək. Üstəlik, birbaşa hərbi təcavüz halında biz kifayət qədər effektiv, qeyri-mütənasib əks tədbirlər görməyə hazırıq”.

P.S. Ruben Vardanyan yenə Moskvadan aldığı təlimata əsasən danışmağa başlayıb. Qarabağda rusların əli ilə daşınan silahlara da çox güvənirlər. Halbuki 44 günlük müharibədə də Ermənistanın da dəstək verdiyi və birbaşa iştirak etdiyi döyüşlərdə separtatçıların hərbi texnikası indikindən 500 dəfə çox idi. Amma ermənilər heç nə edə bilmədilər. Azərbaycan Ordusu onların qürurlandığı “Ohanyan səddi”ni də, qurduqları beton sərdləri də keçərək, torpaqlarımızın böyük hissəsini düşməndən azad etdilər. İndi Vardanyan yenə də qırğın istəyirsə, buyursun. Amma tövsiyyəmiz odur ki, boş yerə erməniləri qırğına verməsinlər. Ruslara da çox etibar etməsinlər. Onların gücü olsa, Ukraynadakı bataqlıqdan çıxarlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button