CəmiyyətManşet

XİN-dən ermənilərə xəbərdarlıq: “Sizə baha başa gələr”

“Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Qaynarinfo-ya  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Açıqlamada deyilir: “Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”.
Qeyd edək ki, bundan öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edib, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button