ManşetÖlkə içi

Ermənilər hər vəchlə Xankəndi aeroportunun açılmasına çalışırlar

Erməni tərəfi bütün imkanlardan istifadə edərək, hər cəhddə Xankəndi aeroportunun açılmasını gündəmə gətirir. JAMAZ.İNFO xəbər verir ki, uzun illərdən bəri tikilmiş sözügedən hava limanı Azərbaycana məxsus olduğundan və rəsmi Bakı həmin limanın işləməsinə qadağa qoyması erməniləri bu imkandan məhrum edib.

Qeyd edək ki, Moskvada üçtərəfli görüş zamanı Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasına dair razılaşma İrəvandakı “politoloq”ları yenidən sözügedən məsələni dilə gətirmələri üçün bəhanə olub. JAMAZ.İNFO xəbər verir ki, professor Ayk Demonyan bildirib ki, əgər Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasından söhbət gedirsə, o zaman Xankəndi hava limanı da açılmalıdır. “Əgər iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması razılaşdırılıbsa, o zaman İrəvan-Xankəndi və Gorus-Xankəndi təyyarə reysləri açılmalı və uçuşlar edilməlidir. Bu uçuşların təhlükəsizliyi üçün təminat verilməlidir”.

P.S. Qeyd edək ki, ermənilərin cəhdləri səbəbsiz deyil. Onlar hər vəchlə Xankəndi hava limanının işləməsinə çalışırlar. Moskva görüşündən sonra isə əllərinə növbəti bəhanə düşüb. Lakin Azərbaycan tərəfi sözügedən reyslərin açılmasına razı deyil və qadağa qoyub. Bunun o halda mümkün olacağını bəyan edib ki, Xankəndi hava limanı tam Bakının nəzarətində olsun. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button