ManşetÖlkə içi

Viktor Nadein-Raevski: “Azərbaycanla Qarabağ arasında sərhəd olmalıdır və onu da ruslar qorumalıdır”

Son dövrlər Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin heç də yaxşı olmadığına dair xəbərlər gərlir. Bbir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev hökumətin yığıncağında da bəyan etmişdi ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Bundan başqa, dövlət başçısı Qarabağdakı erməni ordusunun çıxarılmasını da tələb etmişdi. Üstəlik, “əgər belə bir niyyətləri yoxdursa, bizə desinlər və biz də öz işimizi bilək” söyləməklə, sonuncu xəbərdalığını nümayiş etdirmişdi.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Viktor Nadein-Raevski NEWS.am saytına müsahibəsində Qarabağ ətrafında baş verənlərə toxunaraq deyib ki, Rusiya məlumməsələdə normallaşmanı təmin etməyə çalışır. Lakin o, bu normallaşma prosesində tərəflərdən birinin hüququnun pozulmasına gətirib çıxaracağını düşünür. “Türkiyə-Azərbaycan tərəfi artıq böyük üstünlüklər əldə edib və bu üstünlükləri daha da genişləndirməyə çalışır. Erməni tərəfi artıq kifayət qədər çox şeyə güzəştə gedib. Hadisələri Qarabağda erməni əhalisinin tamamilə məhv edilməsi həddinə çatdırmaq, təbii ki, Rusiya tərəfinin qəbuledilməz hesab etdiyi bir şeydir. Deməli, əslində bizim sülhməramlılarımızın Qarabağdakı missiyası bunun qarşısını almaqdır. Onların geri çəkilməsi, əminəm ki, ermənilərin orada sadəcə yaşaya bilməyəcəyinə gətirib çıxarardı. Ən yaxşı halda, onlar sadəcə olaraq oradan qovulacaqlar”.

Rrus türkoloq qeyd edib ki, Ukraynadakı əməliyyat Ermənistan, Azərbaycan və Türkiyə arasında problemlərin həllindən yayındırır. “Bu, həm diplomatik, həm də siyasi səyləri, həm də siyasətçilərin, təkcə iştirak edən ölkələrin deyil, həm də Ukraynadan başqa heç nə eşitmək istəməyən digər siyasətçilərin diqqətini yayındırır. Təbii ki, Ermənistan da Qərb tərəfdaşları ilə işləməlidir, çünki siz Türkiyəyə çox təzyiq göstərə bilməyəcəksiniz. Problemin özü, məncə, Azərbaycan Qarabağın mövcudluğunu nə qədər inkar etsə də, məncə, Qarabağla Azərbaycan arasında sabit sərhədləri də nəzərdə tutmalıdır. Bunsuz məsələni həll etmək mümkün deyil. İkincisi: Qarabağ və Azərbaycan sərhədlərini kim qoruyacaq? Beynəlxalq qüvvələr? Onların belə bir işin öhdəsindən gələ bilmələri çox şübhəlidir. Biz onların Yaxın Şərqdə, Afrikada, eyni Bosniya və Herseqovinada və s. missiyalarında necə mütəmadi olaraq uğursuzluğa düçar olduqlarını gördük. Ümid edirəm ki, biz həqiqətən də bu məsələləri mərhələ-mərhələ, çox çətin danışıqlar prosesində həll edəcəyik. Bunun başqa yolu yoxdur”.

P.S. Viktor Nadein-Raevski türkoloq olsa da, qətiyyən obyektiv biri deyil. Bunu onun sözlərindən də aydın görmək mümkündür. Məsələn, rus politoloq iddia edir ki, guya, ruslar geri çəkilsə, Azərbaycan Qarabağdakı erməniləri “məhv edəcək”. Viktora demək lazımdır ki, Azərbaycanın heç vaxt belə niyyəti olmayıb. Əgər bu niyyəti olsaydı, müharibə zamanı Qarabağda yaşayan ermənilərin başına bomba yağdırardı. Əksinə, soyqırım istəyində olan ermənilərdir. Bunu həm Birinci Qarabağ savaşı zamanı Xocalı, Ağdaban və Qaradağlıda, həm də 44 günlük savaşda Gəncəni, Bərdəni, Ağdamı, Tərtəri bombalamaqla nümayiş etdiriblər. Şübhəsiz ki, həmin silahları da ruslar ermənilərə peşkəş etmişdilər.

Viktor Nadein-Raevski daha sonra deyir ki, “Azərbaycanla Qarabağ arasında sərhədd olmalıdır”. Bu adam Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür və hələ də anlamır ki, Qarabağ Azərbaycan ərazisidir və ölkənin daxilində, bir əyalətlə digərləri arasında hər hansı sərhədd ola bilməz. Onun məntiqinə görə, Tatarısatan, Dağıstan, Çeçenistan, Yakutiya və digər respublikalarla Moskva arasında da sərhəd olmalıdır və onu da qoşunlar qorumalıdır.

Aydın məsələdir ki, rus politoloq ermənilərin mövqeyindən çıxış edərək, onların könlünü və dəstəyini almağa çalışıb. Lakin alimdərəcəsində olan birinin bu qədər yalan, böhtan danışması, saxtakarlıq etməsi nə başa düşüləndir, nə də qəbul edilən.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button