ManşetÖlkə içi

Papikyanın sərhəddə gəlməsi: düşmən yeni təxribatlara hazırlaşır?

Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün səhər tezdən Vardenis rayonunun, Geqarkunik məntəqəsindəki hərbi hissələrə baş çəkib. JAMAZ.İNFO xəbər verir ki, Papikyanın bu gün baş çəkdiyi hərbi hissələr Azərbaycanla sərhddin Kəlbəcər rayonuna aid olan hissələrində xidmət edirlər.

Erməni nazirin sərhəddə gəlişi ilk deyil. Hələ bir neçə gün əvvəl də o, qəfil bu hərbi hissələrə baş çəkib, oradakı vəziyyətlə tanış olub. Sonuncu səfərində isə onu Ermənistanın yeni baş qərargah rəisi Eduard Asryan da müşayət edib.

Qeyd edək ki, sözügedən ərazidə vəziyyət sabit deyil. Erməni tərəfi mütəmadi olaraq Kəlbəcərin kəndlərini atəşə tutur. Azərbaycan Müdafiə Nazirliyi də bununla bağlı mütəmadi xəbərlər yayaraq, ermənilərin təxribat törətdiklərini təsdiqləyir. Belə olan halda, erməni nazirin davamlı olaraq sərhəddimizə gəlməsi nə ilə bağlı ola bilər?

Bildirək ki, Papikyan və ondan öncəki nazirlərin Azərbaycan sərhəddindəki hərbi hissələrə baş çəkməsi heç də yaxşı sonluqla nəticələnməyib. Belə ki, bu səfərlərdən sonra ya atəşkəs rejimi ermənilər tərəfindən sistemli şəkildə pozulub, ya da erməni təxribatları intensivləşməyə başlayıb. Sonuncu dəfə bu qəbildən olan səfər ötən ilin noyabrında sabir nazirin səfərindən sonra baş vermişdi ki, həmin vaxt düşmən xeyli canlı qüvvəsini itirmişdi.

Xatırladaq ki, bir neçə gün əvvəl erməni teleqram kanalları da məlumat yayaraq, Azərbaycanla sərhəddə Ermənistanın qoşun yığdığı, hərbi texnika daşıdığını bildirmişdilər.

Bütün bunlar, habelə Papikyanın sərhəddə gəlməsinin də arxasında həmin bəd niyyətlərin dayandığı dəqiqdir. Güman ki, ermənilər yaxın zamanda yeni bir təxribata əl ataraq, hansısa mövqelərimizi ələ keçirməyə cəhd göstərəcək. Bu onlara ona görə lazımdır ki, aparılan danışıqlar zamanı bəzi üstünlüklər əldə etməklə əllərini gücləndirsinlər. Lakin Papikyanlar, onların havadarları anlamırlar ki, Azərbaycan Ordusu daha əvvəlki deyil, bu hücumlar da ermənilərin daha acınacaqlı duruma düşməsinə gətirib çıxaracaq.

Görünür, ermənilər hələ də son məğlubiyyətlərindən nəticə çıxarmayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button