GündəmManşet

Vardanyan Moskvaya gedir: “xin başçısı” Ayvazyan, yoxsa Oskanyan olsun?

Qarabağda separatçılar yeni konfiqurasiya qurmağa çalışırlar. JAMAZ.İNFO xəbər verir ki, Moskvadan xüsusi təlimat alaraq, Qarabağa gələn, ardından isə “dövlət naziri” təyin olunan Ruben Vardanyan özünə yeni “hökumət” qurmaq üçün adımlar atmağa başlayıb.

Belə ki, dünən Xankəndidəki erməni separatçıların rəhbəri Arayik Harutyunyan  “fərman” imzalayaraq, 14 “nazir”dən 9-nu işdən çıxarıb. Əsasən humanitar sahələri əhatə edən bu “kadr” dəyişikliyinin davam edəcəyi istisna edilmir. Yalnız, “güc nazirlikləri” qalıb ki, onlar da Arayikə sadiq olmaları səbəbindən “post”larından getməyiblər.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır ki, Ruben Vardanyan bəzi məsələlərdə birqədər tələsir. Bu da Azərbaycanın atdığı addımlarla izah olunur. “Qarabağda hesab edirlər ki, proseslər sürətlə inkişaf edir, Azərbaycan görünməmiş fəallıq nümayiş etdirir və onlara artan çağırışların öhdəsindən gələ biləcək yeni qüvvələr, yeni idarəetmə modelləri lazımdır”.

Eerməni milyarderin dünən İrəvana getdiyi, bu gün isə oradan Moskvaya gedəcəyi gözlənilir. Vardanyanın Kremldə bir sıra məsləhətləşəmələr aparacağı iddia olunur. Sözügedən qəzet yazır ki, separatçıların nümayəndəsi həmin məsləhətləşmələrdən sonra Xankəndinə qayıdaraq, yeni “nazir”lərin təyinatına başlayacaq. Belə ki, hazırda onun əsas hədəfi “xarici işlər naziri” postuna kimi gətirəcəyidir. “Vardanyanın bu posta iki namizədi var. Onlardan biri Vardan Oskanyan, digəri isə Ara Ayvazyandır. Bundan başqa, müdafiə və daxili işlər nazirlərini də dəyişmək üçün qərar Moskva səfərindən sonra veriləcək”.

Qeyd edək ki, Vardan Oskanyan və Ara Ayvazyan Ermənistanın xarici işlər naziri olublar. Hər ikisi Azərbaycana qarşı sərt və düşmən mövqeyi ilə tanınlar. Onlar Ermənistan vətəndaşlarıdır və xarici siyasətdə güclü təcrübəyə malikdirlər. Ruben Vardanyanın məhz Moskva səfərindən sonra onlardan birini “xin” başçısı təyin etmək niyyətində olması isə Ayvazyanla Oskanyanın hansı siyasi dairələrəyaxın olması və Rusiyanın bununla bağlı fikirlərinə bağlıdır.

Bildirək ki, Ara Ayvazyan 44 günlük Vətən Müharibəsi və ondan sonrakı qısa dönəmdə Ermənistanın XİN başçısı olub. Müharibədən sonra bir müddət nazir işləyən sözügedən şəxs istefa verərək, postundan getmişdi. Özü bu barədə açıqlama verməsə də, Ayvazyan dolayısı ilə bildirmişdi ki, istefa verməsi Paşinyanın apardığı siyasətə etiraz məqsədi daşıyıb. Onun əsasən Fransa siyasi dairələri ilə yaxın olduğu isə sirr deyil.

Vardan Oskanyan isə Ayvazyandan fərqli olaraq uzun müddət Ermənistanın baş naziri postunda çalışıb. Sarkisyan hakimiyyəti dövründə Qarabağ danışıqlarında da aktiv iştirak edib. Hazırda isə Qarabağ məsələsində erməni mediasında ən ciddi və diqqətçəkən məqalələrlə çıxış edən az sayda siyasətçilərdən biri hesab olunur. Oskanyan daha çox Rusiya siyasi dairələrinin adamı hesab olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button