ManşetÖlkə içi

“Tərtər işi” ilə əlaqədar həbs olunmuş daha bir hərbçi bəraət aldı

“Tərtər işi” üzrə əsassız və qanunsuz dövlətə xəyanət maddəsi ilə 2018-ci ilin yanvarında həbs edilərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş hərbi qulluqçu bu gün Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı hüquq müdafiəçisi Rəsul Cəfərov yayıb.

O bildirib ki, azadlığa buraxılan həmin şəxs – MAXE Şükürov Sədayıl Mikayıl oğludur. Əslənm Masallı rayonu, Xallıcallı kəndindən olan hərbçinin bəraət aldığı vurğulanır.

Rəsul Cəfərov qeyd edib ki, bu çox müsbət bir addımdır. “Tərtər işi” üzrə hələ də həbsdə qalmış hərbi qulluqçuların işlərinə yenidən baxılması məsələsinə də müsbət təsir göstərəcəyinə inanırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button