Gündəm

Əliyev-Paşinyan görüşünün saatı dəqiqləşdi

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moldovada görüş keçirəcək.

Jamaz.info xəbər verir ki, görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək.

Avropa İttifaqı Şurasının saytında yer alan məlumatda bildirilib ki, beştərəfli görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Görüş Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl İlham Əliyev və Paşinyan Brüsseldə, ardınca Moskvada bir araya gəlib. İyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk sammiti ötən ilin oktyabr ayında keçirilib. Bu sammit çərçivəsində Mişel və Makronun vasitəçiliyi ilə İlham Əliyev və Paşinyan arasında görüş baş tutub. Praqadakı müzakirələrdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə, hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button