ManşetÖlkə içi

Separatçıların Xocavənddəki hərbi hospitalı ləğv edildi

Dünən rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ bölgəsinin Xocavənd rayonunda separatçılara məxsus hərbi hospital bağlanılıb. JAMAZ.İNFO xəbər verir ki, Xankəndidən gələn nümayəndə hospitalın fəaliyyətini dayandırmasının səbəblərini izah etməyib. O, yalnız “məqəsəduyğun hesab olunub” deməklə kifayətlənib.

Xocavəndin qondarma “mer”i Edik Avanesyan da məsələdən xəbərdar olduğunu, lakin səbəbini bilmədiyini dilə gətirib. O deyib ki, 1990-cı illərdən fəaliyyət göstərən hospitalın bağlanılmasının səbəblərini qondarma “müdafiə orudusu”nun rəsmilərindən soruşmaq lazımdır. “Bunun bizimlə heç bir əlaqəsi yoxdur. “müdafiə ordusu” ilə əlaqə saxlayın. Bu barədə açıqlama verməyə icazəmiz yoxdur”.

“Hraparak” qəzeti isə özəl mənbələrə istinadən yazıb ki, Qarabağdakı hərbi hospitalın fəaliyyətinin dayandırılması Soçi görüşünün nəticəsi ola bilər. “Paşinyan ötən gün Soçi görüşü barədə danışarkən demişdi ki, Qqarabağda cidi təminatlar olarsa, silahsızlaşdırılmış bölgə yaratmaq olar. Bbu təklifin Xxankəndidən verildiyini də söyləmişdi. Görünür, Nikol Qarabağda  demilitarizasiyası prosesinə start verib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button