Dünya

Xersonu işıqlandıran jurnalistlərin akkreditasiyası ləğv olundu – Səbəbi açıqlandı

Ukrayna Ombudsmanı Dmitri Lubinets Müdafiə Nazirliyindən Xersonda işləmiş bəzi jurnalistlərin akkreditasiyasını qaytarmağı xahiş edib.

Jamaz.info xəbər verir ki, o, bunu hərbi vəziyyətdə mediaya nəzarətin zəruriliyi ilə əlaqələndirib.

Ombudsman Xersondan reportaj hazırlayan ukraynalı və xarici jurnalistlərdən akkreditasiyanın qaytarılmasını istəyib. Bildirib ki, Ukrayna hakimiyyəti ilə media arasında qarşılıqlı əlaqə kafi səviyyədədir:

 

“Belə şəraitdə media ilə mülki-hərbi əməkdaşlıq işinə yenidən baxmağa ehtiyac var. Eyni zamanda hərbi vəziyyətdə mediaya nəzarət də tələb olunur”.

Qeyd edək ki, Ukrayna hakimiyyəti müxtəlif KİV-in, o cümlədən xarici mediadan ən az altı jurnalistin Xersondakı vəziyyəti işıqlandırdığı üçün akkreditasiyasını ləğv edib. Xüsusilə, Amerikanın “CNN” və “Sky News” teleşirkətinin nümayəndələrinin iş icazəsi ləğv edilib. Ötən həftə isə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hakimiyyət hələlik jurnalistləri Xersona buraxmaq niyyətində deyil.(Qafqazinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button