GündəmManşet

Rusiya Gümrüdəki hərbi bazasındakı əsgərlərini Qarabağa göndərdi

Son günlər Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginlik, düşmənin təxribata əl atması və Ordumuz tərəfindən sərt şəkildə cəzalandırmasına rəğmən, ermənilər dinc oturmaq fikrində deyillər. JAMAZ.İNFO xəbər verir ki, sərhəddə baş verən hadisələr fonunda Qarabağdakı separatçıların sakit dayanması nə qədər müəmmalı idisə, dünəndən etibarən hərəkətlənmələri də olduqca maraqla izlənilir.

Qeyd edək ki, dünən axşamdan etibarən Qarabağdakı separatçıların Azərbaycan Ordusu ilə üzbəüz mövqelərə əlavə qüvvələr çıxarmağa başladığı barədə xəbərlər var. Həmin məlumatlara əsaslanaraq bildirək ki, bu qüvvələrin haradan gətirildiyi də sirr deyil. Ermənistan tərəfindən göndərilən həmin birliklərin məqsədi sərhəddə yaşanan gərginliyin, ölkənin içinə daşımaqdır.

Erməni mənbələri iddia edirlər ki, son iki gündə Azərbaycan Ordusu “təmas xətti”nə əlavə qüvvələrlə yanaşı, çoxlu sayda hərbi texnika da toplamağa başlayıb. “Hraparak” qəzetinin yazdığına görə, separatçıların mövqelərinin üzbəüzündə toplanan Azərbaycan Ordusunun qüvvələri ilə döyüşmək mümkün deyil. Onlar bunu həm hərbi, həm stretji, həm də canlı qüvvə baxımından mümkün hesab etmirlər. Hesab edirlər ki, bütün parametrlərdə Azərbaycan tərəfi güclüdür.

Maraqlı məaqmlardan biri isə odur ki, ruslar da bu arada fəallaşmağa başlayıblar. JAMAZ.İNFO Ermənistanda yayımlanan “Past” qəzetinə istinadən xəbər verir ki, Rusiyanın düşmən ölkədəki 102-ci hərbi bazasının əsgərləri Qarabağa köçürülüb. Həmin məlumata əsasən, Gümrüdə yerləşən rus bazasının şəxsi heyətinin Qarabağa aparılması orada hərbi əməliyyatların başlaya biləcəyi riski ilə bağlıdır. “Ruslar Qarabağda vəziyyəti nəzarətdə saxlamağa çalışırlar. Ona görə də, Gümrüdəki hərbi bazanın şəxsi heyətinin bir qismini Qarabağa göndəriblər”.

Bildirək ki, 10 noyabr 2020-ci ildə bağlanmış üçtərəfli razılaşmaya əsasən Rusiya Qarabağda 2000 nəfərə yaxın hərbi qüvvə saxlamaq səlahiyyətinə malikdir. Canlı qüvvə və hərbi texnikanın sayının artırılması üçün isə Azərbaycanın razılığı lazımdır.

Rusların Gümrüdəki hərbi bazanın əsgərlərini Qarabağa gətirməsi ilə bağlı rəsmi Bakı hər hansı açıqlama verməyib.

Güman etmək olar ki, rusların burada iki məqsədi olub. Birinci məqsəd, Qarabağda Azərbaycanın antiterror əməliyyatına başlaması riskini nəzərə alaraq, qoşunlarını “təmas xəttinə” yerləşdirməklə, bunun qarşısını almaq ola bilər. İkincisi isə Ukraynada müharibə başladıqdan sonra sülhməramlıların bir qismini oraya göndərən Rusiya, Qarabağda əlavə qüvvəyə ehtiyac duyduğundan Gümrüdəki hərbçilərini oraya transfer edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button