ManşetÖlkə içi

Şəhiddən 6 min manat rüşvət alınması məsələsi araşdırılır

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də şəhid olmuş gizir Səbuhi Əhmədovun “Komando” xüsusi briqadasına götürülməsi üçün 6000 manat rüşvət verməsi barədə iddianı araşdırır.  JAMAZ.İNFO xəbər verir ki, şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dünən jurnalistlərə və blogerlərə verdiyi açıqlamada onlardan rüşvət alındığını bildirib.
O deyib ki, qardaşı Səbuhi Əhmədovun “Komando” xüsusi briqadasına götürülməsi 6000 manat rüşvət istəmişdilər. Səbuhi də bankdan kredit götürüb tələb olunan məbləği ödəyib ki, “Komando” olsun. Gizir 3 gündən sonra şəhid olub.
Qeyd edək ki, Səbuhi və qardaşı Sənan Əhmədov azyaşlı olarkən ata-anaları vəfat edib. Onlar “SOS” uşaq evində böyüyblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button