ManşetÖlkə içi

Ruben Rubinyan: “Ermənistan və Qarabağın Laçın dəhlizinə nəzarət etmək səlahiyyəti yoxdur”

“Ermənistan və Dağlıq Qarabağın Laçın dəhlizinə nəzarəti təmin etmək səlahiyyəti və funksiyası yoxdur. Çünki yol Rusiya sülhməramlı qüvvələrinin nəzarəti, eləcə də Azərbaycanın zəmanəti altındadır”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Azatutyun”a müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan deyib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda açıq  yazılıb ki, Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarətindədir. “Bundan başqa, əgər Qarabağın özündə sülhməramlılar klassik mənada sülhyaratma ilə məşğuldursa, yəni iki münaqişə tərəfi – Qarabağ və Azərbaycan arasında dayanırlarsa, o zaman Laçın dəhlizini də qorumaq onların səlahiyyətindədir. Çünki Laçın dəhlizi sadəcə yol deyil,  eni 5 km olan dəhlizdir”.

Rubinyan qeyd edib ki, həmin bəyanata görə, nə Ermənistanın, nə də Qarabağın Laçın dəhlizinə nəzarət etmək səlahiyyəti və funksiyası yoxdur. “Azərbaycanın da Laçın dəhlizində heç bir səlahiyyəti yoxdur, amma öhdəlikləri var. O, xüsusilə, Laçın dəhlizi ilə Ermənistan-Dağlıq Qarabağ istiqamətində hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etməyi öhdəsinə götürüb”.

Rubinyan iddia edib ki, Azərbaycan öhdəliyi pozub. “10 noyabr bəyanatında hər şey lazımi qaydada qeyd olunub. O cümlədən, Laçın dəhlizinin statusu. Üstəlik, onun fəaliyyətinin parametrləri bu bəyanatda qeyd edilib və təsdiqlənib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button