ManşetÖlkə içi

Ermənistan siyasətçiləri Xankəndidə: Bu necə “blokada”dır?

Qarabağdakı separatçılar və Ermənistan özü özünü təkzib etməkdə davam edir. JAMAZ.İNFO xəbər verir ki, ötən ilin 12 dekabrından etibarən Xankəndi-Şuşa yolu üzərində ekofəalların aksiya keçirməsindən sonra haray-həşir salan ermənilər “blokada”da olduqlarını, “humanitar fəlakət” yaşadıqları yalanlarını yayırlıar.

Qarabağda dərman və ərzaq çatışmazlığı olduğunu iddia edən və bunu beynəlxalq təşkilatlara sırımağa çalışan ermənilər, yolun bağlı olması, habelə İrəvanda Xankəndinə getməyin mümkün olmadığı barədə xəbərləri də özləri təkzib ediblər. Belə ki, yanvarın 28-də “blokada”da olan Qarabağa Ermənistandan bir qrup siyasətçi gedib. Ermənistan Demokratik Partiyası və “Qadınlar erməni vətəni uğrunda” təşkiların nümayəndələri Xankəındidə separatçılarla görüşüblər. Onları qondarma “xinbaşı” Sergey Qazaryan qəbul edib.

Maraqlı məqam odur ki, həmin görüşlə bağlı yayılan xəbərdə Qarabağın hələ də “blokada”da olduğu qeyd olunub. Müzakirə predmetlərindən biri də həmin “blokada”nın aradan qaldırılması yolları ilə bağlı olub.

Əcəba, bu necə “blokada”dır ki, hər gün yolla İrəvandan Xankəndinə onlarla yük avtomobili gedir”. Necə “blokada”dır ki, Ermənistanın siyasi partiya rəhbərləri sərbəst şəkildə Xankəndinə gələrək, orada separatçılarla görüşlər keçirirlər? Əgər yol bağlıdırsa, Azərbaycan Qarabağa ermənilərin gedib-gəlmələrinə imkan vermirsə, o zaman Ermənistan DP-nin rəhbərliyi necə Xankəndidə peyda olub?

Ermənilər sözün həqiqi mənasında yalan işinin ustalarıdır. Həyasızlıq və sırtıqlığı da buraya əlavə etsək, o zaman bu “ustalı”ğın hansı həddə olduğunu görmək elə də çətin olmaz. “Blokada” söhbəti də bu həyasızlığın ən üst dərəcələrindən biridir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button