ManşetSiyasət

Putin: “Sülhməramlıların mandatının uzadılması sərhəddin müəyyən edilməsindən asılıdır”

Rusiya Prezidenti Vladimir Putin Soçidə baş tutan üçtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələrin aparıldığını bildirib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Putin Soçidə keçirdiyi mətbuat konfransında danışıb.

“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər mövcuddur. Demarkasiya və delimitasiya ən vacib məsələdir. Bununla razıyam. Biz bu gün bu barədə çox danışdıq. Bəzi ilkin şərtlər var ki, ümumi yol tapılıb”, – Putin söyləyib.

Rusiya lideri qeyd edib ki, iki ölkə arasında sülh müqaviləsinin komponentləri hələ də müzakirə olunur.

O, həmçinin görüşdə Rusiya sülhməramlılarının mandatının uzadılması məsələsinin də müzakirə olunduğunu təsdiqləyib. Bildirilib ki, sülhməramlıların mandatının uzadılması ilə bağlı qərar sülh müqaviləsinin bağlanmasından, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır.

Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button