ManşetSiyasət

Sergey Balsamov: “Soçidə güc balansını əks etdirəcək sənəd imzalanacaq”

“Moskvanın Qarabağda müharibənin yenidən alovnaqişənin yeni alovla allanması və İrəvanla Bakını barışdırmağa nail ola bilməyəcəyi qorxuları var”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Sergey Balsamov  deyib.

O iddia edib ki, həm Ermənistanda, həm də Azərbaycanda revanşist qruplar var. “Bundan başqa, hər iki ölkəni yeni müharibəyə sövq edəcək xarici qüvvələr də mövcuddur. Təxribatlar istisna edilmir. Bu, bir tərəfdən Moskvanın bölgədəki nüfuzunu sarsıtmaq üçündürsə, digər tərəfdən Rusiyaya düşmən olan ölkələrə də lazımdır”.

Balsamov bildirib ki, oktyabrın 31-də Soçidə Paşinyan və Əliyev mövcud güc balansını əks etdirəcək sənəd imzalayacaqlar. “Gələcəkdə tərəflərdən birinin müqavilələrə yenidən baxmaq istəyəcəyi istisna edilmir. Ona görə də Cənubi Qafqazda vəziyyətin Rusiyanın diqqət mərkəzində olması zəruridir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button