GündəmManşet

Paşinyan Qafan-Gorus yoluyla niyə getməyib?: “Qorxub ki, Azərbaycan əsgəri ona “Nə oldu, Paşinyan” deyər”

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan dünən Qafan şəhərinə səfər edib. JAMAZ.İNFO xəbər verir ki, baş nazirin Qafana gedişinin səfəri partiyadaşı, həm də şəhər merliyinə namizəd Davit Danelyanın atasının dəfn mərasimində iştirak etmək olub.

Lakin məsələnin maraqlı tərəfi odur ki, baş nazir Qafana Tatev-Ağvan yolu ilə gedib. Belə ki, hazırda təmir olunan və bu ayın sonunda təhvil veriləcək yolla getmək heç də uyğun olmasa da, Paşinyan bu cür getməyi məqbul bilib. Halbuki o, Azərbaycan ərazisi olan Qubadlı rayonunun bir hissəsindən keçən Qafan-Gorus yolu ilə də gedə bilərdi. Lakin rəsmi qurumlar Nikol Paşinyanın Qafan-Gorus yolu ilə getmək istəməməsinin səbəbini əlavə söz-söhbət olmasın deyə seçdiyini qeyd ediblər.

Erməni mediası bununla bağlı yazır ki, Ermənistanın baş naziri məhz Azərbaycanlılardan qorxduğu üçün Qafan-Gorus yolundan istifadə etməyib. “Hraparak” nəşri bununla bağlı yazıb: “Nikol Paşinyan Azərbaycan və Azərbaycanlılardan qorxduğu üçün Qafan-Gorus yolu ilə getməkdən imtina edib. Əgər Paşinyan Qafana səfər edərkən bu qədər ehtiyat edir və qorxursa, onun nə vaxtsa Qarabağa səfər edəcəyini gözləmək mənasızdır. Başqa sözlə, Ermənistanın baş nazirinin düz bir ildir Qarabağa səfər etməməsinin səbəbi, məhz bu qorxu və narahatlıqdır”.

“Fakt” qəzeti isə daha mçaraqlı yanaşma ortaya qoyub. Qəzet yazır ki, Paşinyanı müşahidə edən 20-dən çox maşın və onlarla mühafizəçisi yanıda ola-ola Qafan-Gorus yoluna girməyə cəsarət etməməsi biabırçılıqdır. “Görünür, Paşinyan fikirləşib ki, Qafan-Gorus yolunda dayanan Azərbaycan hərbçilər onu görüb, ucadan “Nə oldu, Paşinyan?” deyərlər”.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button