Gündəm

“Azərxalça” rəhbərinin həbsi üçün rəqəmlər astronomik şişirdilib?

Noyabrın 4-dən 5-nə keçən gedə dünyasını dəyişən “Azərxalça” ASC-nin rəhbəri Vidadi Muradovun həbsi ilə bağlı bu günə qədər gizli qalan bir çox detallar üzə çıxıb.

JAMAZ.info xəbər verir ki,  Vidadi Muradova qarşı irəli sürülən ittihamda göstərilən astronomik rəqəmlər faktiki olaraq dəfələrlə az olub. Yayılan rəsmi rəqəmlərdə 3,5 milyon manatın mənimsənilməsi şübhəsi olduğu qeyd edilsə də, faktiki olaraq 300 min manatdan söhbət gedib.

Vidadi Muradov həbsindən əvvəl həmin məbləği məsələ aydınlaşdırılana qədər ödəməyə hazır olduğunu deyib. Amma onu eşitməyiblər, tələsik həbsə alaraq rəsmi məlumat yayıblar. Həmin məlumatlarda 300 min 3 milyondan artıq göstərilib. Belə məlumatlar var ki, bu yalnışlığa bilərəkdən yol verilib, nəqsəd Vidadi Muradovu ölkə rəhbərliyinin gözündən salmaq olub. Vidadi Muradov 2015-ci ilə qədər uğurlu bizmesmen olub. Yaratdığı xalça biznesindən böyük gəlirlər əldə edib. “Azər-İlmə” MMC-ni yaratmaqla biznesini ölkə xaricində də tanıda bilib. Xalçaçılıqla bağlı 20-dən çox kitabın müəllifi olan Vidadi Muradov professor elmi adını da ala bilib. Pula ehtiyacı olmayan Vidadi Muradov 2015-ci ildə “Azərxalça” ASC-yə rəhbər təyin ediləndən sonra problemləri başlayıb. Xüsusən ASC-yə Sumqayıtda zavod tikintisi, rayonlarda 20-yə yaxın xalça sexinin inşası Vidadi Muradovu sonradan həbsə aparıb.

Mənbə bildirib ki, Vidadi Muradov tikinti işlərinə qarışmayıb, bu sahəyə ayrılan böyük vəsaitlərin hesabatını tələb etməyib. Onun tikinti sahəsinə nəzarət etməməsi tikinti aparan şirkətlərə pozuntular üçün böyük imkanlar yaradıb. Nəticədə tikinti aparan klanların maraqları, onların dövlət qurumlarındakı kuratorlarının arasındakı rəqabətdən doğan mübahisənin qurbanı olub. Özü həbsə getməklə biznesindən əldə etdiyi varidatı, xüsusilə böyük sərmayə qoyub yaratdığı “Azər-İlmə” MMC əlindən alınıb. Həbsdə olduğu müddətdə baş verənlərdən təsirlənən məmura çevrilmiş biznesmenin sağlamlığında ciddi problemlər yaranıb. Noyabrın 1-də sağlıq durumunun kəskin pisləşməsi səbəbi ilə ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə o, dünyasını dəyişib.

Xatırladaq ki, rəsmi məlumata görə Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək bu ilin yanvarında həbs edilmişdi. İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button