DünyaManşet

ŞKTC-nin müstəqillik məsələsi gündəmdə: İlk addım Pakistandan

44 günlük Vətən Müharibəsindən sonra gündəmə gələn Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyinin tanınması məsələsi yenidən aktuallaşmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, müharibədən sonra 5 ölkənin ŞKTC-ni tanıyacağı, onların Azərbaycan, Pakistan, Banqladeş, Qambiya və Liviya olacağı deyilirdi.

Lakin həmin müddətdən 8 ay keçməsinə baxmayaraq, ŞKTC ilə bağlı önəmli bir addım atılmamışdı. Bu gün isə ilk xəbər Pakistandan gəlib. Belə ki, Pakistanın Türkiyədəki səfirliyi iylun 11-13-də ŞKTC-yə 3 günlük bir səfər təşkil ediləcəyini və orada bir sıra görüşlər keçirəcəyi barədə məlumat yayıb. Tvitter səhifəsində yayılan səfirliyin açıqlamasında “Pakistan Səfirliyinin nümayəndələri iyulun 11-13-də Şimali Kipr Ttürk Cumhuriyyətinə 3 günlük səfər edəcək” sözləri yer alıb.

Qeyd edək ki, bu mesaj ilk baxışdan normal görünür. Lakin Səfirliyin “Şimali Kipr Türk Cumhuriyyəti” ifadəsinə yer verməsi diqqəti çəkir. Çünki İslamabad ŞKTC-nin müstəqilliyini tanımadığı halda, onu müstəqil dövlət kimi təqdim edir. Bu isə müzakirələrə səbəb olub.

Belə ki, hazırda əksər politoloqlar və müşahidəçilər qeyd edirlər ki, Pakistan bu addımı ilə ŞKTC-nin müstəqilliyini tanımaq qərarı verib. Və yaxın günlərdə İslamabad rəsmi mövqeyini açıqlayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button