CəmiyyətManşet

Artak Zakaryan: “Səfirlərin Şuşaya səfəri beynəlxalq aləmin Qarabağa münasibətidir”

Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan dünən Azərbaycanda akreditasiya olunmuş xarici ölkə səfirlərinin Şuşa şəhərinə səfər etməsini Nikol Paşinyanın satqınlığının nümunəsi kimi təqdim edib. JAMAZ.İNFO xəbər verir ki, o, Ermənistanın baş nazirinin bundan sonra bir xeyli torpaqları da Azərbaycana verəcəyini iddia edib.

Onun sözlərinə görə, Azərbaycandakı xarici ölkələrin səfirlərinin Şuşaya seçkilərdən sonra səfər etməsi təsadüfi deyil. O qeyd edir ki, səfirlərin Şuşa səfəri ilə bağlı yazdıqları vəziyyətin necə olduğunu deməklə yanaşı, onların münasibətini də sərgiləyir. “Aydın məsələdir ki, səfir öz ölkəsinin razılığı olmadan Şuşaya gedə bilməzdi. Bu səfər isə onu göstərdi ki, beynəlxalq ictimaiyyət Nikolun rəhbəri olduğu Ermənistanı qəbul etmir. Bu o deməkdir ki, əgər erməni xalqı Şuşanı satana, kapitulyanta səs veribsə, bu, onun beynəlxalq ictimaiyyətlə eyni fikirdə olması, Qarabağ məsələsinin qaldırmaq hüququndan məhrum olunmasını göstərir, hətta öz təhlükəsizliyi ilə bağlı danışmaq haqqı yoxdur. Bu onu göstərir ki, satqın Nikol Ermənistanın bir hissəsini də verməyə hazırlaşır”.

Zakaryan fikirlərinə bir qədər də aydınlıq gətirərək, beynəlxalq aləmin baş verənlərdən razı olduğunu və məmuniyyətlə güldüyünü deyir. O hesab edir ki, Qarabağdakı xaricilərin vəziyyət onların marağındadır. “Bu gün Ermənistan ziyalıları satqınlıq edirlər. Bir çox erməni siyasətçilər öz ölkələrinin maraqlarını başqa şeylərə satıblar. Erməni cəmiyyəti çox parçalanıb və bir-birinə düşmən kimi baxır. Ermənistan ordusu pioner səviyyəsinə düşüb, generalları isə bel sütunsuz qalıb. Erməni siyasətçiləri birləşərək, satqın Nikolu devirmək yerinə, 25 yerə parçalanıblar. Erməni seçici son seçkilərdə Şuşanı, Didivankı, Süniki, Ermənistanı, Qarabağı, öz uşaqlarını, nəvələrini və öz suverenliyini satdı. Bu gün edmənilər “məni kim idarə edirsə, etsin” düşüncəsindədir. Ona görə ki, ona yaşamaq lazımdır, müstəqillik yox”.

Sabiq nazir müavini bundan sonra özlərinə təlqin etdikləri yalanları dilinə gətirərək, təriflərindən və daha böyük “mübarizəyə” başlayacaqlarından dərm vurub. “Bir müddət sonra ermənilər özlərinin İlahi varlıq olduqlarını yenidən dərk edib, ayağa qalxacaq. Çünki onun ruhu ölməyib. Ermənilər yenidən diçələcək. Və bu dirçəliş Qarabağdan başlayacaq. Qarabağın İlahi enrejisinin və yorulmaz ruhundan qidalanacaq. Ermənilər Ermənistanın dağlıq ərazisində yaşayıb və bundan sonra da yaşayacaq”.

P.S. Bir ölkənin siyasətinin episentrində olan din xadimləri ermənilərin Qarabağda “Şeytanla döyüşürdük” deyirsə, onun nazir müavini də elə onun ağlındadır. Zakaryan erməniləri “İlahi varlıq” hesab etməkdənsə, mövcud reallığa baxmalı, öz xalqının gələcyini düşünməli, düşmənçiliyin, başqa ölkənin ərazisinin işğal edilməsinin Ermənistanı fəlakətə sürüklədiyi həqiqətini dərk etməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button