GündəmManşet

“Kəriməçi”lər Bakını təhdid edir: “Azərbaycanı sionistlərdən və pantürkistlərdən təmizləyəcəyik”

Yaxın Şərqdə baş verənlərin Azərbaycana təsirsiz olmayacağı aksiomdur. JAMAZ.İNFO xəbər verir ki, marığda dayanmış düşmən əlinə fürsət düşən kimi, ölkəmizə qarşı hərəkətə keçəcəyi də gizli məsələ deyil.

Nəzərə alaq ki, Azərbaycan təkcə Cənubi Qafqaz ölkəsi deyil, həm də böyük siyasi proseslərin mərkəzinə düşə biləcək potensiala malik bir dövlətdir. Ona görə də, biz digər ölkələrdən daha çox diqqətli və ayıq olmalıyıq.

Qeyd edək ki, İsrail və Həmas arasında hadisələr start götürdükdən sonra artıq təhdid mesajları Bakıya da gəlib çatmağa başlayıb. Belə ki, Ermənistanda yayınlanan “Pastinfo” saytı husilərin Azərbaycanı təhdid edən açıqlama yaydıqlarını iddia ediblər. Sayt yazır ki, teleqram kanallarından birində yayılmış məlumatda husilərin Azərbaycana qayıtmağa hazırlaşdıqları bəyan olunub. Sayt yazır: “Husilər Azərbaycana qayıdırlar. Bu, bir vaxtlar Azərbaycan tərəfindən təqiblərə məruz qalmış, Azərbaycanda “Hizbullah”ın ekvivalenti olan dini təşkilatdır. Onlarla bağlı Azərbaycanın dövlət əleyhinə olan teleqram kanallarından biri yazır: Tezliklə qayıdıb Azərbaycanı sionist və pantürkist şeytanlardan təmizləyəcəklər. Gözləyin!”

Qeyd edək ki, indiyə qədər radikal dini qruplara qoşulan Azərbaycanlıların sayı heç də az olmayıb. Təkcə, İŞİD-ə qoşularaq Suriya və İraqda döyüşən Azərbaycan vətəndaşlarının sayının 5000 nəfərdən çox olduğuna dair iddialar var. Bundan başqa, “Əl Qaidə”, “Taliban”la birgə hərəkət edən adamların da olduğu sirr deyil. Azərbaycan hüquq mühafizə orqanları zaman içində onların bir çoxunu həbs etsə də, qalıqları hələ də mövcuddur.

Lakin son zamanlar Azərbaycan üçün təhlükə mənbəyinə çevrilən digər radikal dini dəstə üzvləri də az deyil. Son bir ildə xüsusi xidmət və polis orqanlarının həyata keçirdiyi əməliyyatlar zamanı “Hizbullah”, “Hüseyniyyun Azərbaycan” təşkilatlarına qoşulmuş çoxlu sayda adam saxlanılıb. Onların başlıca məqsədi Azərbaycanda hakimiyyəti dəyişərək, “kərimə dövləti” yaratmaq istədikləri qeyd edilir.

Bildirək ki, “kərimə dövlət” qurmaq istəyində olan dəstələrin əsas mərkəzi İran hesab olunur. Tohid İbarahimbəyli və ona qoşulmuş bəzi “şeyx”lər İrandan aldıqları maliyyə və təlimatlara əsasən davamlı olaraq, Bakını təhdid edirlər. Hələ bu yaxınlarda “Hüseyniyyun Azərbaycan” təşkilatı Qumdan bəyanat verərək, Azərbaycanı İsraillə yaxşı münasibətlər qurmaqda ittiham etməklə yanaşı, Bakının Təl Əvivə neft satmasına görə, “qəzəbi”ni də ifadə etmişdi.

Bu təşkilatın son günlər bir qədər fəallaşması, üzərindən husilərin adından bəyanatın verilməsi onu deməyə əsas verir ki, söhbət heç də Yəməndə döyüşən “Ənsarullah”dan getmir. Bu bəyanatın müəllifi İran “Hizbullahı”nın Qumda yetişdirdiyi və Azərbaycan üçün nəzərdə tutduğu “Hüseyniyyun Azərbaycan”a məxsusdur. Çünki Azərbaycandan “Ənsarullaha” böyük sayda adamın qoulmasına dair hər hansı məlumat yoxdur. Lakin “Hüseyniyyun Azərbaycan”da isə azərbaycanlıların sayının çox olması danılmaz faktdır.

Digər tərəfdən, həmin açıqlamada “sionist” və “pantürkist” sözlərindən istifadə olunması da deməyə əsas verir ki, söhbət husilərdən deyil, birbaşa “kəriməçi”lərdən gedir.

P.S. Azərbaycan hər zaman terror riski olan ölkə statusunda olub. Uzun illər torpaqlarımızın işğal altında olması səbəbindən erməni terrorundan əziyyət çəkmişik. Hərçənd torpaqlarımız işğaldan azad olunub, lakin bu, hələ də ölkəmizin erməni terrorundan sığortalandığını deməyə əsas vermir.

Digər təhdid mənbələri isə İŞİD, “Hizbullah”, “kəriməçi”lər hesab olunurlar ki, onların da indiyə qədər cavabları lazımi səviyyədə verilib. Və bundan sonra da veriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button