Dünya

Nikolay Bordyuja: “Ermənistan KTMT-dən çıxmayacaq”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja Ermənistanın KTMT-dən çıxması üçün heç bir səbəb görmür. JAMAZ.İNFO xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, baş verənlər müvəqqətidir. “Bizim Ermənistanda bir çox siyasi qüvvələrlə çox yaxşı münasibətlərimiz var. Ona görə də, bunlar müvəqqəti hadisələrdir. Lakin istənilən halda Ermənistan Rusiya, Belarus və KTMT-nin yanında olacaq”.

Bordyuja deyib ki, KTMT-nin gələcəyini Ermənistansız təsəvvür etmir: “Mən Ermənistanın gələcəyini KTMT-siz təsəvvür edə bilmirəm. Çünki Ermənistan Rusiyaya nəinki iqtisadi cəhətdən, bütün sahələrdə  o qədər inteqrasiya olunub ki, qoparmaq mümkün deyil. Təkcə, Rusiyada çoxlu sayda, bir neçə milyona yaxın erməninin yaşaması kifayət edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button