ManşetSosial

Göyçay Mərkəzi Xəstəxanasının 8 maşını “yoxa çıxıb”: söküb, satıblar

Göyçay rayon Mərkəzi Xəstəxanasının rəhbər vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb. Bu barədə JAMAZ.İNFO-ya Göyçay rayonu, Çərəkə kənd sakini Qüdrət Zülfüqarov məlumat verib.

O bildirib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasında dövlət əmlakının talan edilməsi barədə edilən şikayət əsasında Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində talançılıq subut olunub. Fakt üzrə AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılıb. Başlanmış cinayət işinin istintaqı isə Göyçay rayon Prokurlruğuna həvalə edilib.

Aparılan araşdıma zamanı Göyçay rayon mərkəzi xəstəxanasında adı olub, özü olmayan iki sürücü aşkar edilib. Bundan başqa, xəstəxananın balansında olan 8 ədəd avtomabilin ehtiyyat hissələrinin sökülərək satılması da aşkarlanıb. Digər korrupsiya əməlləri ilə bağlıda əlavə araşdırma aparılır.

Qeyd edək ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Yaşar Əhmədov bu vəzifəyə 1 il 6 ay əvvəl təyin edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button