GündəmManşet

Erməni politoloq: “Azərbaycan rusların müşayəti ilə Qarabağı kənd-kənd götürəcək”

“Vaşinqton və Moskvada keçirilən görüşlərdə əsas fikir ayrılığı Zəngəzur dəhlizi və böyük ehtimalla azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı olub”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi Stenford Universitetinin siyasi elmlər doktoru, politoloq Artur Xaçikyandır.

O iddia edib ki, Azərbaycan nəyin bahasına olursa olsun, Ermənistan və Qarabağı mərhələ-mərhələ sıradan çıxarmağı planlaşdırır. Onun sözlərinə görə, Ermənistanın hazırda real və etibarlı müttəfiqi yoxdur. “Rusiya və Qərb müharibə vəziyyətindədir və hər biri öz növbəsində sülh müqaviləsinin hamisi olmağa çalışır. Rusiya bizi bəzi hallarda dəstəkləyir, bəzi hallarda yox. Onun məqsədi regionda qalmaq, Ermənistan və Azərbaycana təsirini saxlamaqdır. Qərb Ermənistanın güzəştə getməsini, ermənilərin təslim olmasını, Rusiyanın bu regionu tərk etməsini istəyir”.

Xaçikyan onu da iddia edir ki, Azərbaycan Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağda “etnik təmizləmə” həyata keçirəcək. “Onlar birlikdə Qarabağın kəndlərini bir-bir götürəcəklər. Düzdür, ruslar güc tətbiq etməyəcək. Çünki Türkiyə və Azərbaycanla qarşıdurma istəmirlər. Amma onlar proseslərə seyirçi qalacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button