ManşetÖlkə içi

GALLUB: “Ermənilərin 94 faizi Qarabağın Azərbaycanın tərkibində olmasına qarşıdır”

Dünən GALLUP Beynəlxalq Assosiasiyası Ermənistanda sorğu keçirib. JAMAZ.İNFO xəbər verir ki, sorğunun əsas sualı isə “Azərbaycanın tərkibində Qarabağ ermənilərinə milli azlıq statusunun verilməsi sizin üçün məqbuldurmu”dan ibarət olub.

Sorğunun nəticələrinə görə, respondentlərin 94.2 faizi bunu “qətiyyən qəbuledilməz” hesab edib. 3.2 faizi isə sadəcə “qəbuledilməz” sayıb. Sorğu keçirənlərin rəyinə görə, ötən ilə nisbətən sorğuda iştirak edən ermənilərin mövqelərindəki 10 faizlik dəyişikliyə səbəb Laçın dəhlizi ətrafında baş verənlərdir.

Qeyd edək ki, ötən il GALLUP analoji suallar sorğu keçirmişdi. 2022-ci ilin noyabrında təşkil olunmuş sorğuda “qətiyyən mümkün deyil” münasibətini bildirənlərin sayı ümumi respondentlərin 80.4 faizini təşkil etmişdi. 3.2 faiz isə “qəbuledilməz” saymışdı.

P.S. Bildirək ki, Ermənistanda nə düşündükləri bizim üçün maraqlı deyil. Onların fikri ilə hesablaşsaydıq, nəinki Qarabağdan, hətta bütün Azərbaycandan imtina etməliydik. Çünki bu xəstə xalq “dənizdən dənizə” xülyası ilə yaşayır və bütün dünyanı Ermənistan hesab edir. Ona görə də, GALLUP-un sorğuları birim üçün müəyyən maraq kəsb etsə də, onun nəticələri bizim üçün əhəmiyyətsizdir. Çünki bu reallığı dəyişmir. Qarabağ Azərbaycan torpağıdır, orada yaşayan ermənilər də bizim ölkədə yaşamaq istəyirlərsə vətəndaşlığı qəbul etməlidirlər. Əks təqdirdə, qapımız açıqdır, buyurub, gedə bilərlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button