AraşdırmaManşet

Ermənistanın “sülh sazişi” oyunu: Yeni sənədi Papikyanla Mirzoyan imzalayacaq

Soçi görüşündən sonra Ermənistanda maraqlı hadisələr baş verir. JAMAZ.İNFO xəbər verir ki, İrəvan hökuməti cəmiyyəti sakitləşdirmək və bəzi manevrlər etmək üçün addımlar atır.

Belə ki, dünən baş nazir Nikol Paşinyan partiya üzvləri və nazirlərin iştirakı ilə geniş iclas keçirib. Rəsmi məlumatlara görə, həmin görüş Soçidə keçirilmiş görüşlə bağlı müzakirələrə həsr olunub.

Buna paralel olaraq, iki gündür Moskvada davam edən Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin iştirakı ilə kommunikasiyaların açılmasına dair İşçi Qrupunun iclasında problem yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, problemə səbəb Ermənistanın Zəngəzur Dəhlizinin açılması məsələsinə veto qoymasıdır. Yəni, həmin məsələnin müzakirəsindən imtina etməsidir. Ermənistan tərəfindən İşçi Qrupundakı nümayəndə heyətinə başçılıq edən baş nazirin müavini Mqer Qriqoryan deyib ki, Bakı dəhliz məsələsində israr edir. Ona görə də, İrəvan tərəfi danışıqları yarımçıq dayandırıb.

Gedişat göstərir ki, Ermənistan tərəfi imzalanması gözlənilən sənədlərin məsələsində yeni bir oyun qurub. Bu oyunun başlıca məqsədi vaxt qazanmaq, daxildəki nazarılıqdan maksimum sığortalanmaqdır. Erməni mediası yazır ki, Nikol Paşinyan hakimiyyətini qorumaq üçün başlatdığı bu oyunun yeni “qurbanları” da olacaq. Hətta bununla bağlı, konkret adlar da çəkirlər. Həmin sırada müdafiə naziri Sasun Papikyan və xarici işlər naziri Ararat Mirzoyanınb adı çəkilir.

İddia olunur ki, Nikol Paşinyan sülh sazişini imzalamaq üçün onları göndərəcək. Yəni, həmin sənədin altında onun deyil, sözügedən iki nazirin imzası olacaq. Ki, burada məqsəd vəziyyət pisləşəcəyi təqdirdə, hər iki naziri qurban verməkdir. Bunun analogiyası kimi, keçmiş müdafiə nazirinin adı qeyd edilir. Belə ki, Vaqarşak Harutyunyan Qafan-Gorus yolu məsələsində sənədi imzalayan tərəf olub. Həmin vaxt söhbətin üstü açılan kimi, Paşinyan məsuliyyəti üzərindən ataraq, onu işdən çıxarmışdı. Lakin bu təxminən baş nazirə 6-7 ay vaxt qazanmağa imkan vermişdi.

Erməni mediası bildirir ki, Nikol Paşinyan bu dəfə də eyni oyunu oynamaqda qərarlıdır. Onların məlumatına görə, hazırda yeni sazişlərin hazırlanması üçün Papikyan, Mirzoyan və Qriqoryan Moskvada aktiv danışıqlar aparır, sənədlərin hazırlanması prosesini həyata keçirirlər. “Bu günlərdə Mqer Qriqoryan Moskvada razılaşdırılmış sənədlərdən birinin nüxsəsini İrəvana gətirib. Həmin sənəd kommunikasiyaların açılması məsələsini ehtiva edir. Orada Zəngəzur Dəhlizinin açılması qeyd olunub. Lakin Paşinyan bununla bağlı açıqlama vermək fikrində deyil. Dünən Moskvadakı görüşdə baş verən olay da, oyunun bir parçasıdır. Bununla üzdə “sənədi imzalamırıq, dəhliz vermirik” desələr də, arxa planda sənədi imzalayacaqlar”.

Erməni nəşirləri israrla iddia edirlər ki, yenbi sənədi müdafiə və xarici işlər nazirləri imzalayacaq. Proses isə ilin sonuna kimi yekunlaşmalıdır.

Bundan başqa, o da vurğulanır ki, Soçidə imzalanmış bəyanat cəmiyyət üçün nəzərədə tutulmuş hissə kimi təqdim olunub. Əsl məsələlər isə bağlı qapı arxasında şifahi razılaşdırılıb. “Hraparak” nəşri bununla bağlı yazır ki, bağlı qapılar arasında əslər olunmuş razılaşmaların ehtiyatlı şəkildə həyata keçirildiyi diqqəti çəkir. Qəzet yazır: “Qızılca qaya kəndi istiqamətində Azərbaycan Ordusunun geri çəkilməsi barədə söhbətin ortalığa atılması cəmiyyəti inandırmaq məqsədi güdürdü. Halbuki Azərbaycan əsgəri 16 noyabrda yerləşdiyi yeni mövqelərindən bir addım geri çəkilməyib. Sadəcə, təminat yollarını qısa zamanda hazırlayaraq, ağır texnikalarını geri çəkiblər. Məqsəd cəmiyyətdə o rəyi yaratmaq olub ki, guya, Soçidə keçirilən görüş Ermənistanın maraqlarına uyğun olub. Lakin bağlı qapı arxasında olduqca ciddi güzəştlər edilib”.

“Fakt” qəzeti isə bildirir ki, Soçidə razılaşdırılmış məsələlər sülh sazişində ehtiva olunaqcaq. “Bu sənəd Ermənistanın ikinci dəfə kaputilyasiyası deməkdir. Hökumət qorxusundan həmin layihəni üzə çıxarmır. Çünki sənədin layihəsi üzə çıxarsa, Paşinyanın hakimiyyətdə qalması mümkünsüzə çevriləcək”.

Digər erməni qəzeti “168 saat” isə yazır ki, Soçidə Azərbaycan tərəfi Qarabağdakı bütün bayraqların yığışdırılmasını tələb edib. Əks təqdirdə, bayraq asılmış istənilənm nöqtə atəşə tutulacaq və ya zorla endiriləcək. “Soçidə əldə olunmuş razılaşmaya əsasən Qarabağdakı bütün bayraqlar endirilir. Bakı tələb edib ki, bu baş verməsə, həmin nöqtələr atəşə tutulacaq. Dünəndən Qarabağda bütün bayraqlar yığışdırılır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button