ManşetÖlkə içi

Ermənilər Qırmızı Bazarda yenidən təxribata əl atdılar: Atışma gedir – VİDEO

Qarabağdakı separatçılar bu gün ikinci dəfədir ki, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində təxribata əl atıblar. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında Qarabağdakı qanunsuz silahlı dəstələr sözüegedən qəsəbə istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Saat 11:35-də başlayan atışmanın 1 saatdan çox davam etdiyi bildirilirdi. Düşmən təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu zəruri tədbirlər gördükdən sonra atışma dayanıb. Lakin az öncə, təxminən saat 18-19:00 radələrində Qırmızı Bazar istiqamətində ermənilər yenidən təxribata əl ataraq, mövqelərimizi atəşə tutmağa başlayıblar.

JAMAZ.İNFO xəbər verir ki, gələn xəbərlərdə 40 dəqiqədir ki, ermənilərin mövqelərimizi atəşə tutduğu bildirilir. Hazırda qəsəbədəki məktəbin yaxınlığında atışma getdiyi bildirilir.

Videonu təqdim edirik.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button