AraşdırmaManşet

Ermənistanın arsenalında hansı silahlar var? – 45-ci ilin topları, 69-cu ilin tankları…

Son iki gündür Ermənistan parlamentində Qarabağda istifadə etdikləri silahlarla bağlı müzakirələr gedir. JAMAZ.İNFO bildirir ki, erməni müxalifəti keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın dövründə Ermənistan ordusunun yaxşı silahlandığını iddia edirlər.

Müxalifətdən olan deputat Tiqran Abramyan iddia edib ki, son Qarabağ döyüşlərində məhv edilən erməni hərbi texnikasından əlavə, daha 5 milyard dollarlıq silah və texnika Azərbaycan tərəfindən qənimət olaraq götürülüb. “Deyirsiz ki, silahımız olmayıb. Bəs, Bakıdakı “Qənimətlər Parkı”nda nümayiş etdirilən 5 milyard dollarlıq hərbi texnika haradan idi? Sarkisyan hakimiyyəti dövründə Ermənistan ordusunun yetərli qədər silahı var idi”.

Hakim “Mülki Müqavilə” Partiyası isə müxalifətçiləri fakt qarşısında qoyub. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan parlamentinin deputatı Vaaqn Aleksanyan Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyəti dövründə Rusiyadan alınmış hərbi texnikalarla bağlı maraqlı statistika nümayiş etdirib. O bildirib ki, həmin silahlardan Qarabağ müharibəsində istifadə olunub.

Vaaqan Aleksanyan deyib ki, Koçaryan və Sarkisyan dövründə alınmış T-72 tankları 1969-cu il istehsalı olub. “Bundan başqa, “MT-LB” zirehli çoxməqsədli avtomobillərin istehsal tarixi isə 1970-ci ildir. “2K12 Kub” zenith-raket sistemləri 1967-ci ilə aiddir. “D 20” topları da 1945-1952-ci illərin istehsalı olub. Mən ZİL markalı maşınlardan danışmıram. Çünki onların istehsal tarixlərini yazsam, hamımız utanarıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button