Cəmiyyət

Qırmızı attestat alanlar niyə 200 bal toplayır?

Millət vəkili Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bildirib ki, məktəbi qırmızı attestatla bitirənlər qəbulda maksimum 200 bal toplayıb.
Statistikaya görə qırmızı attestat alanların 16%-i 0-200 bal toplayıb. Bəs, qırmızı attestat alanların belə zəif nəticə göstərməsinin səbəbi nədir?
Jamaz.info xəbər verir ki, təhsil eksperti Səbuhi Abdullayev məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, əksər şagirdlərin imtahanda topladığı bal məktəbdə aldığı qiymətləri əks etdirmir.
Onun sözlərinə görə, bu statistikanın həqiqətə nə qədər uyğun olub-olmadığını yoxlamaq lazımdır:
“Bu məsələdə təsadüf və istisnalar ola bilər. Amma bu, kütləvi deyil. Orta məktəbi qırmızı attestatla bitirən şagirdlərin içərisində 200-dək bal toplayanların olduğu faktı düzgün deyil. Məktəbi qırmızı attestatla bitirənlər içərisində kifayət qədər yüksək bal toplayanlar var. Digər tərəfdən, bununla bağlı rəsmi sorğu tərəfimizdən Dövlət İmtahan Mərkəzinə rəsmi olaraq yönləndirilib. Bu statistikanın həqiqətə uyğunluğunu araşdırmaq lazımdır. Bundan başqa, orta məktəbdə aparılan dərslərin keyfiyyəti valideynləri qane etmədiyi üçün övladlarını hazırlıqlara qoyurlar. Hazırlığa gedən uşaqlar məktəbdə digər fənlərə fikir vermir. Vaxtının əsas hissəsini universitetə qəbul olmağa həsr edən şagird qəbulda yalnız öz hazırlaşdığı fənnlərdən yüksək nəticə toplayır. Nəticədə bu cür vəziyyət yaranır. Təsadüflər və istisna hallar ola bilər. Amma əlaçı uşaq adətən yüksək bal toplayır”.
Səbuhi Abdullayev qeyd edib ki, kurikulum sistemi isə müzakirə olunmalıdır:
“Təhsil sistemi böyük və çoxtərəfli canlı bir orqanizmdir. Orda çevik hərəkət bəzən narazılıqlara səbəb ola bilir. Kurikulum ilə bağlı narazılıqlar həddindən artıq çoxdur. Ölkəmizdə kurikulum sistemi qalmaqdadır. Dünyanın əksər ölkələrində bu sistem qəbul olunmur və valideynlərin ciddi narazılığına səbəb olur. Düşünürəm ki, bu ictimailəşsə, bir müddət sonra ciddi müzakirələr olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button