ManşetÖlkə içi

Ermənilər qorxu içində: “Azərbaycan Ordusu qışa hazırlıaşır”

Ermənistan cəmiyyətində qorxu yenidən hakim kəsilib. Buna səbəb Azərbaycan Ordusunun “qışa hazırlaşırıq” açıqlaması verməsidir. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Ordusunun Laçın, Qubadlı və Kəlbəcərdə qış hazırlıqlarına başlamasında qorxuya düşən ermənilər hesab edirlər ki, bir müddət sonra müharibə yenidən başlayacaq.

Erməni seqmentində yayılan xəbərlərdən belə başa düşülür ki, onlar Azərbaycan Ordusunun qış hazırlığını müharibə hazırlığı kimi başa düşüblər. Və hesab edirlər ki, qışda hərbi əməliyyatların ikinci mərhələsi start götürəcək. Növbəti müharibə isə Sünikin əldən getməsi ilə nəticələnəcək. Hətta bəzi xəbərlərdə bildirilir ki, guya, bu Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan tərəfi arasında əldə olunmuş razılaşmadır.

Elə erməni siyasətçiləri də isterika içindədirlər. “Haystan” blokundan olan deputat Vaqe Akopyan bu gün mətbuata verdiyi açıqlamasında deyib ki, Azərbaycan hal hazırda Ermənistanla əldə olunmuş razılaşmaların icrasına hazırlaşır. Onun sözlərinə görə, İrəvan hökuməti ilə Bakı arasında əldə olunmuş razılaşma gizli olub. “Yaxın günlərdə həmin razılaşmanın icrasına başlanılacaq. Burada söhbət dəhlizin açılımasından, yol məsələsindən və ərazinin verilməsindən gedir. Əgər may ayında Sünikdə 1000 nəfərə yaxın Azərbaycan hərbçisi var idisə, iyun ayından bu rəqəm ən azı 3-4 dəfə artıb. Hesab edirəm ki, qışa hazırlaşmağımız lazımdır”.

P.S. Qeyd edək ki, Azərbaycan Ermənistanla müharibə etmək fikrində deyil. Rəsmi Bakının konkret tələbləri var. Onlar sülh sazişinin imzalanması, sərhədlərin müəyyən edilməsi, kommunikasiyaların açılması, Zəngəzur Dəhlizinin işə salınması və normal qonşuluq münasibətlərinin qurulmasıdır.

Ermənilərin isterika içində olması, yeni müharibə qorxusu yaşaması da qəribə iş deyil. 44 günlük Vətən Müharibəsində aldıqları zərbədən yəqin ki, ibrət dərsi çıxarmış olacaqlar. Hərçənd bu hələlik diqqəti çəkmir.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button