GündəmManşet

Erməni sürücü hərbçilərimizə qarşı tərbiyyəsizlik etdi: Saxlanıldı və üzr istədikdən sonra geri qaytarıldı   

Dünən Qafdan-Gorus yolunun 21 km-lik nəzarətimnizdə olan hissəsində daha bir hadisə baş verib. JAMAZ.İNFO xəbər verir ki, hadisəyə səbəb ermənmi sürücünün xoşagəlməz hərəkəti olub.

Belə ki, karvan şəklində hərəkət edən avtomobillərdən birinin sürücüsü hərbçilərimizin yanından keçərkən, pəncərəni açaraq xoşagəlməz ifadə işlədib. Onun bu hərəkətini görən hərbçilərimiz dərhal maşını saxlatdırıb və sürücünün düşməsini tələb ediblər. Əks təqdirdə, onu zorla maşından endirəcəklərini bildiriblər.

JAMAZ.İNFO bildirir ki, erməni sürücü avtomobilindən düşüb, hər hansı bir xoşagəlməz ifadə işlətmədiyini iddia edib. Lakin hərbçilərimiz onun nə dediyini, hansı əl hərəkətləri etdiyindən xəbərdar olduqlarını, buna görə də, maşını geri qaytaracaqlarını və bir daha həmin şəxsin Qafan-Gorus yolu ilə hərəkət etməsinə icazə verməyəcəklərini diqqətinə çatdırıblar.

Hadisə yerinə gələn rus sülhməramlıları məsələni aydınlaşdırmağa çalışıblar. Və Azərbaycan həbçiləri vəziyyəti onlara izah etdikdən sonra məsələni sülhlə həll etməyə çalışsalar da, heç bir nəticə verməyib. Azərbaycan tərəfi həmin ermənini maşını ilə birlikdə geri qayıtmağı, üstəlik, nümayişkaranə şəkildə üzr istəməsini tələb ediblər. Əks təqdirdə, işlətdiyi ifadə və göstərdiyi əl hərəkətlərinə görə, maşın karvanını geri qaytaracaqlarını, sürücünün özünü isə inzibati qaydada saxlayacaqları barədə də xəbərdarlıqlarını çatdırıblar.

Məlumata görə, tərbiyəsizlik edən erməni sürücü günahını boynuna alaraq, hamının önündə Azərbaycan hərbçiləri və polislərindən, o cümlədən Azərbaycan xalqından üzr istəyib. Bundan sonra o, rus sülhməramlılarının müşayəti altında geri qaytarılıb.

Qeyd edək ki, Ermənistan parlamentinin deputatı, “Haystan” blokunun üzvü Vaqe Akopyan da məlumatı təsdiqləyib. Lakin o, erməni xislətinə uyğun olaraq, məsələni başqa cür yozub. Daha sonra isə bildirib ki, guya, Qafan-Gorus yolu təhlükəlidir və orada hər şey baş verə bilər. Və bunu həm də onunla əsaslandırıb ki, əgər yol təhlükəsiz olsaydı, Nikol Paşinyan bir neçə gün əvvəl Qafana gedərkən həmin yoldan istifadə edərdi. “Ona görə ki, Nikol qorxur. Ona Azərbaycan tərəfi Qafan-Gorus yoilu ilə getməyə icazə verməyib”.

Qeyd edək ki, indiyə qədər Qafan-Gorus yolunda belə halların sayı çox olmayıb. Bir müddət əvvəl polis əməkdaşlarımız qaydanı pozan erməni sürücüyə cərimə yazıb. Onun ödənilməsindən sonra yoldan istifadə edə biləcəyi barədə xəbərdar edilib. Bir dəfə isə icazəsiz ərazidə çəkiliş aparan erməni sürücü saxlanılıb ki, onun da telefonu alınaraq, şəkillər silindikdən sonra burxaılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button