ManşetÖlkə içi

Erməni iş adamı Moskvada Azərbaycan Bayrağını təhqir edir- FOTO

Moskvada erməni əsilli sahibkara məxsus ticarət mərkəzində Azərbaycan bayrağı təhqir olunur. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda deyilir ki, Moskvada erməni əsilli Aşot Alfredoviç Sirunyana məxsus “Biznes Park Rumyantsevo” ticarət mərkəzində Azərbaycan bayrağı yerə döşənərək, təhqir olunub. Belə ki, ticarət mərkəzinə gələnlər bayrağın rəngləri əks olunmuş zolağın üzərindən keçərək, alış-veriş edirlər.

Məlumatda bildirilir ki, görünür, Azərbaycan səfirliyi və diaspora nümayəndələri hadisədən məlumatsızdırlar.

P.S. Ermənilər 44 günlük müharibədəki məğlubiyyətlərinin acısını bu “şəkil”də çıxarmağa çalışırlar. Ümid edək ki, Azərbaycanın Rusiyadakı səfirliyi və diaspora komitəsi erməni iş adamının layiqli cavabını verəcək. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button