ManşetSiyasət

Britaniyadakı səfirimizdən Güneyə sensasiyalı çağırış: “Narahat olmasınlar, bu qələbələrimizin başlanğıcıdır”

Azərbaycanın Bböyük Britaniyadakı səfiri Elin Süleymanovun bu günlərdə Londonda keçirilən tədbirlərin birində Güney Azərbaycanla bağlı maraqlı, həm də sensasiyalı çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, 44 gülnük Vətən Müharibəsinə həsr olunmuş tədbirdə səfir Güney Azərbaycanda yaşayan soydaşlarımıza çağırışlar edib.

Məlumata görə, səfir çıxışında qələbələrimizin yeni başlandığını və davam edəcəyini vurğulayıb. “Bizim bayrağımız bu gün Şuşada dalğalanır və həmişə də dalğalanacaq. Güneydə yaşayan qardaşlarımıza deyirik ki, narahat olmayın. Bu bizim qələbələrimizin başlanğıcıdır, qələbələrimiz yeni başlayır. Allah türklərə həmişə, hər yerdə zəfər qismət eləsin”.

P.S. Məsələnin maraqlı tərəfi səfirin belə bir açıqlama verməsi deyil. Maraqlı tərəfi bu sözlərin Britaniyanın paytaxından səsləndirilməsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button