GündəmManşet

Argişti Kiviryan: “Bakı Qərbdən istifadə edib Qarabağ problemini həll etdi, Rusiyanın əli ilə isə Mehri yolunu alacaq”

““3+3” platformasında maraqları Ermənistanla üst-üstə düşən ən azı iki dövlət var. Rusiya və İrandır. Digər platformalarda, xüsusən də Qərb platformasında da gözəl vədlər və bəyanatlar var, lakin Qərb platformasının nəticəsi Qarabağın son əhalisinin azalması oldu”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, reallıqda Azərbaycan Qərb platformasından möhtəşəm istifadə etdi. “Azərbaycan Rusiya platformasında Meğri yolu deyilən yol problemini həll etməyə çalışacaq. Hansı ki, həmin “3+3” platformasında İran Meqri yoluna qarşı çıxır”.

Erməni politoloq deyir ki, Ermənistan hakimiyyəti açıq-aşkar İran və Rusiya ilə total gərginliyə aparan siyasət yürüdür. “Peşəkar siyasətçi müxtəlif platformaların ziddiyyətlərindən öz xeyrinə istifadə edə bilər. İllərdir mən təkrar edirəm ki, Azərbaycan Qərbin köməyi ilə Qarabağ problemini həll etməyə çalışacaq, sonra isə Rusiyanın köməyi ilə Meğri yolu məsələsini həll edəcək”.

Kiviryan iddia edir ki, maksimum ardıcıllıq göstərən platforma mühüm olacaq. “Lakin başa düşmək lazımdır ki, Qərbdə hansı məsələ həll olunursa, siz bu regionun qonşuları ilə danışıb öz problemlərinizi həll etməlisiniz. Regionda sülhün bərqərar olması üçün dünyada təlatüm dövrü başa çatmalı və Ermənistan öz hərbi-siyasi çəkisini bərpa etməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button