Dünya

İran ABŞ-ın Yaxın Şərqdəki hərbçilərinə hücuma hazırlaşır

Yaxın Şərqdə baş qaldırmış münaqişənin arealının genişlənəcəyi proqnozlaşdırılan idi. JAMAZ.İNFO xəbər verir ki, HƏMAS-la Israil arasında başlayan savaşın bu iki qütb arasında getdiyinə də çoxları inanmır. Səbəbi də aydındır.

Çünki HƏMAS, “İslami Cihad”ın arxasında dayanan İran, onlara yetərli qədər silah və sursat verib. İsrail isə “məsum” deyil. Əksinə, onların da davranışları açıq müharibə cinayətlərindən hesab olunmalıdır. Lakin bu savaşın bütün bölgəni əhatə edəcəyi istisna edilmir.

JAMAZ.İNFO xəbər verir ki, bu gün ABŞ kəşfiyyatı maraqlı bir açıqlama yayıb. CNN-in yaydığı məlumatda deyilir ki, ABŞ kəşfiyyatı İranın yaxın saatlarda Yaxın Şərqdə Amerika hərbçilərinə qarşı hücumları gücləndirmək niyyətində olduğunu bildirib.

Məlumatda qeyd edilir ki, regiondakı Amerika hərbi bazalarına tez-tez edilən hücumlar baş verir. Bu aktların intensivləşməsi, hücumun gücləndiriləcəyindən xəbər verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button